Ulu Öndərin davam etməkdə olan təhsil irsi

Heydər Əliyev dünya tarixinə parlaq və silinməz iz qoymuş, boyük şəxsiyyət, müdrik dövlət xadimi, fenomenal biliyə malik olan dahi bir liderdir. Dahi lider Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunub.
Ümummilli Lider təhsilə daim böyük önəm verib, təhsil sektorunda misilsiz işlər görüb. "Təhsil millətin gələcəyidir” deyən ulu öndər Heydər Əliyev bu sahənin inkişafına xüsusi diqqət göstərib.Bu dəyərli irs günümüzdədə davam etməkdədir. Azərbaycanın həmin illərdə təhsil ocaqları inkşaf edib.Bu inkşafa yenidən quruculuq işləri,ödənişsiz müasir dərsliklərin hazırlanması aiddir.Təhsilə maraqın artması ilə cəmiyyətdə gələcəyə irəliləyiş hissi duyulurdu.Həmin dövrün ən mühüm hadisələrindən olan yeni əlifbaya keçirilməsi idi.İldən ilə dövlət büdcəsindən təhsil üçün ayrılan vəsait artmaqda davam edirdi. Ulu Öndərin göstərişi əsasında minlərlə azərbaycanlı gənc dünyanın ən tanınmış universitetlərində təhsil almağa göndərilib. Təhsilin dövlət siyasətində çox böyük rolu var idi və bu rol hal hazırda 2023-cü ildə də öz aktuallığını qoruyub saxlayır.Xarici ölkələrlə olan əlaqə təhsil dairəsindən də yan keçmir.Minlərlə gəncimiz ali təhsil üçün xaricə üz tutur.Təhsil almış,savadlı gənclərimiz Azərbaycan dövlətçiliyi,quruculuğu üçün dəyərli kadrlardı.Buna misal olaraq İkinci Qarabağ müharibəsini göstərmək olar.Əsgərlərimiz səngərdə savaşarkən, gənclərimiz,xalqımız sosial şəbəkədə söz savaşı edirdi.Bu savaşda biz qalib olduq,səbəbi isə yetərli dərəcədə xarici dil biliyi rol oynadı və biz səsimizi dünyaya çatdırdıq.Təhsil siyasəti 70-ci illərdən başlayaraq bugünümüzədək davam etməkdədir. Diviziya komandiri Cəmşid Naxçıvanski adına Hərbi lisey ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakı şəhərində yaradılmışdır. 27 sentyabr 2020-ci ildə başlanan II Qarabağ müharibəsində gedən döyüşlərə C.Naxçıvanski adına Hərbi liseyin zabit-gizir heyəti qatılmış və qəhrəmanlıq nümayiş etdirmişdir.Təhsilin hərbiyədə təsirini görmüş oluruq. Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı.İdarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.Təhsilimizin göstəricisi savadlı müəllim kadrlarından asılıdır.Ulu Öndər hər zaman müəllim peşəsinə böyük dəyər vermiş, "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” demiş, bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı qərarlar qəbul etmişdir. Həmin bu siyasət özünü indiki dövrdə daha aktual olaraq göstərir.Müəllimlərin işə qəbulunun şəffaf şəkildə keçirilməsi,əmək haqlarının artırılması bunlar hərbiri mühüm göstəricidir.Son onillikdə dövlət tərəfindən təhsil sahəsində gənclərimiz üçün mənəvi yardımda artırılmışdır.Şəhid övladlarına,valideynlərini itirmiş tələbə və gənclərə pulsuz təhsil təqdim edilmişdir.Təhsil qədər tərbiyənindən önəmindəndə söz açmaq gərəkdir.Tələbə və müəllim olan arasında münasibət dəyərlidir.Ulu Öndər hər zaman gənclərlə,uşaqlarla görüşər söhbətlər aparardı,hər il baş tutan bilik günündə öz ənənəsini qoruyaraq məktəblərə gedər müəllimlərlə görüşər,problemləri yönündə tapşırıqlar verib onların həllinə yol tapardı.Təhsildə yeniləşmə tərəfdarı olan liderimizin əsasını qoyduğu bu ana xətti dövlət başçısı İlham Əliyev öz fəaliyyətində də uğurla davam etdirmişdir.ADA Universiteti, Bakı Ali Neft Məktəbi yaradılmışdır. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları yaradılmışdır.Dövlət hesabına xaricdə təhsil alan gənclərə köməklik göstərilmişdir.Bu uğurlu təhsil siyasəti haqqında çox danışmaq olar lakin bir məqamı vurğulamaq lazımdır ki Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətləri unudulmazdır. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının günəşi olan Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən yollarımızı əbədi məşəl kimi daim işıqlandırmaqda davam edəcək.
Qərbi Kaspi Universiteti filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakultəsi tələbəsi Nuriyeva Nigar
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]