Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Vicdan varsa, imkan həmişə var! / Where is honesty, there is always an opportunity!

41106 Baxış sayı / 19-12-2017 14:38

Millətlərin taleyində rol oynayan və onların tarixində iz buraxan şəxsiyyətlər vardır. Özəlliklə sayca az olan, balaca xalqların içindən çıxıb bütün dünyaya həm özünü həm də ki, millətini qürurla təmsil edən belə insanların qiyməti bir qat daha artmaqdadır. İnsan nə olursa-olsun hər əzaba qatlaşır, qarşısına çıxan bütün maneələri min bir əziyyətlə dəf edib yaşamağa çalışır.

Fyodar Dostoyevski deyirdi:"Yaşaya bilməmək insana xas olan bir bacarıqsızlıqdır, yoxsa harda görmüsünüz ki, bir balıq özünü suda boğsun yada bir sərçə özünü damdan atsın". 

Əsl insan başqalarının mənfəətlərini öz mənfəətlərindən üstün tutaraq xalqına xidmət etməkdir. Bu cür hədəflər insanlara məqsəd qazandırır, davranışına dəyər qatır, öncəliklərini qoruyur, gücünü istiqamətləndirir və artırır. Hər insan qarşısındakının çox anlayışlı, möhkəm xarakterli, vəfalı və dürüst olmasını istəyir. Bəzən biz həqiqəti deyil, görmək istədiyimiz şeyləri görür, eşitmək istədiklərimizi duymaq istəyirik. Nəticədə tez-tez xəyanətlərin qurbanı oluruq. Şirin yalanı acı həqiqətdən üstün tutub riyakarları dost sayanda, müdriklərin:"Olmasaydı bu dünyada axmaqlar-ac qalardı yəqin ki, yaltaqlar!"kəlamını xatırlamaq məcburiyyətində oluruq. Bu gün isə oxucularıma haqqında danışacağım insanın tam fərqli olaraq, şərəfli və ləyaqətli həyat yolunnan bəhs etmək istəyərdim. 

Rəhim Sultanov vətənpərvər-millətini sevən mərd, qorxmaz və cəsarətli olmağıyla yanaşı həm də əsl dostdur. Dostluq həyatın ən gözəl anlamıdır. Bu o qədər gözəl dəyərli münasibətdir ki, sözlərlə anladılması çətindir. "Yaxşı dost böyük xəzinədir" deyiblər. Dostluqdan söz düşmüşkən onu da vurğulamaq istəyirəm ki, Rəhim müəllim dərrakəli ağlı, fərasəti və biliyi ilə insanların qəlbinə yol tapmağı bacarır. Ailəsinə dərin bağlılığı var. Uşaqlara qarşı isə çox həssasdır. Əslində Rəhim müəllim çox ciddi insandır, bu ciddiliyi onun gördüyü işlərlə bağlamaq olar, çünkü iş ciddilik tələb edir, bəzəndə uşaq kimi kövrək olur, xatirələrə dalıb yadda qalan keçmiş günlərini öz yaxın dostları ilə bölüşür. Nə olur olsun xəyanəti sevməz və edəni də bağışlamaz. Onun siyasi aləmi də çox güclüdür. Hər kəs kimi o da dünyada baş verən haqsızlıqlara, ölkələr arasında yaranan qruplaşmalara qarşı çox emosional reaksiya verir, öz fikrini bildirməkdən çəkinmir. Yazımın qəhrəmanı həmişə vurğulayır ki, "Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva Azərbaycan xalqının xilaskarıdır. Onun atdığı hər addım Azərbaycan xalqının xeyrinə işləyir. Millətini-xalqını dərin məhəbbətlə sevən bu bacarıqlı xanım vətənə olan sevgisini təkcə dildə deyil, gördüyü işlərlə də sübut etmişdir. Bu gün Azərbaycanda sakitlik, sərbəstlik bərqərardırsa, Mehriban xanımın müstəsna xidmətləri vardır. Mehriban xanım Əliyeva artıq xalqın məhəbbətini qazanmışdır. Bu gün onu hər kəs sevir, onun apardığı siyasəti bir millət olaraq qəbul edir və onu hər zaman dəstəkləyirik!"

Ümumiyyətlə Rəhim Sultanov fikirlərini açıq bəyan edən bir insandır. Onu anlamaq ele də çətin deyil, çünkü o ictimaiyyətə dəyər verir. Prinsipial insan olduğu üçün yalan, ikiüzlülük, riyakarlıq Rəhim Sultanova yad hisslərdir. Bir Azərbaycan vətəndaşı olaraq vətən-millət prinsipi əsasında addım atır. Və bunu əsas götürərək həmişə ədalətsizliyə qarşı çıxıb. Bu mövzu ilə bağlı olmuş bir əhvalatı sizinlə bölüşmək istəyirəm. 

Rəhim Sultanov Ukrayna Ali məktəbinin Hüquqşünaslıq fakültəsini bitirib. O vaxtlar Krasnadar vilayətində prokurorluğun mühüm məsələlər üzrə istintaq şöbəsində müstəntiq vəzifəsində çalışırdı. Bir gün həmkarı ona deyir ki, bu yaxınlarda Azərbaycandan olan bir nəfərin məhkəməsinə baxılacaq . Rəhim Sultanov işlə bilavasitə özü şəxsən maraqlanmağa başlayır. Sonra şahidi olur ki, şahid və zərərçəkən tərəf erməni millətidir. Onlar hər zaman bizə, nəinki bizə bütün türk millətinə qarşı öz düşmənçiliyini göstərməyi bacarmışlar. Qarşı tərəfin yəni (zərərçəkən tərəfin erməni olduğunu bilən Rəhim müəllim, artıq məsələnin nə yerdə olduğunu anlayır. Fikirləşir ki, istintak prosesini saxtalaşdıran erməni yaltağı tərəfindən tələyə düşən və təqsirli bilinən Azərbaycanlı şəxsin taleyi həm də qərib ölkədə, heç də asan olmayacaq). Bunun üçün o düşünülmüş və mühüm addımlar atmağa başlayır. İlk növbədə həmyerlisinə istintak zamanı aparılan bu prosesdə 8-il cəza çəkməsinə öz etirazını bildirir və ona bu işdə kömək edə biləcək bir çox həmkar dostlarının qapısını döyüb, gecəsini-gündüzünə qataraq haqq-ədalətin bərqərar olması üçün sözün yaxşı mənasında(dəridən qabıqdan çıxır)və onu həbs cəzasından qurtarmaq üçün, müəyyən qurumlara öz şikayətini bildirərək bu işə yenidən baxılmasını tələb edir. Nəhayət ki, müsahibimin vicdanlı, fədakar bir Azərbaycanlı övladı olaraq, öz milləti üçün göstərdiyi çabalar qarşılıqsız qalmır. Nəticədə qeyri-qanuni təqsirləndirilən şəxs ona verilən cəzadan tamamilə qurtulur. Lakin bu hadisədən sonra o, öz doğma vətəninə dönür müxtəlif sahələrdə iş fəaliyyətini davam etdirir. Bu gün isə gözəl evlərin vurğununa çevrilib. Rəhim Sultanov bu gün tikinti sektorunda öz sözünü demışdır. Onun tikdiyi evlər böyük Xeyriyyəçimiz Hacı Zeynalabdin üslubunda, gözəl ideya və dizayn tərkibinə malik hazırlanaraq alıcıların xidmətinə verilir. Bundan əlavə onun gördüyü işləri cəmiyyətimiz qiymətləndirir və bu da onu fərəhləndirir, onu yeni işlərə ruhlandırır. Rəhim Sultanov insanlığa çox dəyər verən dostumuzdur. Yaxşılıq edən və ən əsası yaxşılığı itirməyən bir insandır. Bir insanın ki qəlbi təmizdir onu çirkləndirmək mümkün deyil. Bu gün bizim bu şəxsiyyətli, bu ürəkli insanlara ehtiyacımız var. Onları qiymətləndirməliyik ki, cəmiyyətimiz bu cür dəyərli insanları tanısın, ona dəstək olsun. 

Ümumiyyətlə bəzən fikirləşirik ki, tanrının verdiyi bu canı necə yaşamalıyıq ki yaxşı insan olaq?. Yaşamağa qalsa hər kəs yaşamağa çalışır, amma bu yaşadığımız sürədə kimləri yaşatmağa çalışmışıq, kimlərə allah yolunda əl tutmuşuq? Bəzən təlabatlarımız çox, arzularımız imkanlarımızdan böyük olduğu üçün pulu daha çox sevirik. Bir insan allah rizası üçün ətrafındakı insanlara əl tutursa o, daha alqışa layiq və allah qatında qəbul olunan bir davranışdır. Deyiblər "əl tutmaq Əlidən qalıb". Görəsən bu şüar altında , yer üzündə sinəsini sipər edən nə qədər adam var?. Həzrəti Əlidən söz düşmüşkən belə bir rəvayət yadıma düşdü, qısa danışacam. ((Peyğəmbərimizin qızı Hz. Fatimə ilə evlənmək istəyən Hz. Əli başlıq üçün pul əldə etmək məqsədi ilə zirehini satmaq qərarına gəlir. Bazara gedəndə orda səslənir ki, satliq zirehim var. Həmin yerdən təsadüfən Əbu Talibin oğlu Hz. Osman keçir. Hz. Əlini zireh əlində utancaq bir halda görəndə, onun nə məqsədlə bazara gəlişini başa düşür və fikirləşir ki, Əli kasıb oğlandı, çörəyini zəhmətlə qazanır. Dərhal ona yaxınlaşıb zirehi ondan yüksək məbləğə satın alır. Əli bundan çox razı qalır və yola düşür. Azca uzaqlaşmışdı ki, Hz. Osman onu arxadan səsləyir. Hz. Əli fikirləşir ki, yəqin Hz. Osman fikrindən vaz keçdi, niyə səsləndiyini soruşanda, Osman ona, "Ya Əli! zirehi mən sənə hədiyyə etmək istəyirəm"deyir)). Bunu oxucularımıza çatdırmaqda fikrim budur ki, allah naminə edilən yaxşılıqlar təmənnasızdır, onun qarşılığı olmaz. Necə ki, allah bizi qarşılıq istəmədən yaratdı. Onun tək bir istəyi oldu: "Yaxşılıq edin qarşılığını yalnız mənnən istəyin, əl tutun mən də sizə cənnəti bəxş edim". Möminin fədakarlığı onun Allahı öz nəfsindən, bədənindən, malından, mülkündən, həyatından və sahib olduğu maddi-mənəvi digər hər şeydən daha çox sevdiyinin açıq -aşkar əlamətidir. Belə bir insan Allahin sevgisini qazanmaq üçün heç düşünmədən hər şeyini fəda edə biləcək gücdədir. Zənnimizcə bu gün qonşumuzda ac olan bir insanı və yaxud bir ailəni yedizdirib-içizdirmək , böyük məbləğdə xərc töküb rahat şəraitdə ziyarətgahlara getməkdən daha üstün sayılır allah qatında. Mən demirəm inancımızdan vaz keçək, lakin bu gün dünyanın dörd bir yanında müharibələrin törətdiyi bu aclıq, evsiz-eşiksiz qalan körpə uşaqlar varkən, yalnız özümüzü düşünmək absurtdur. Gedirik və sonra da allahdan günahlarımızın bağışlanması üçün yemədən-içmədən, göz belə qırpadan gecə-gündüz dua edirik. Allah bağışlayandır, əlbət ki bütün bəndələrini sevir, lakin arxada bir gözü yaşlı uşağı görməməzlikdən gəlib, bu qədər xərc töküb göstəriş naminə "Qonşudan qalma geri" prinsipinə əsaslanaraq, atdığımız bu addımın tanrı qatında nə qədər çəkisi ola bilər sizcə? 

Bunu bir düşünək!

 

 

There are individuals, who play an important role in the fate of their nations and leave traces in their history. The value of individuals - especially members of fewer small nations, proudly representing both themselves and their nations – increases again and again. Irrespective of what happens, human bears all sufferings and tries to laboriously overcome obstacles in his way.

Fyodor Dostoyevsky used to say: "The inability to live is characteristic of a person. Did you see fish drowning himself in water or a sparrow hurling down from the roof".

Real man pursues others’ benefits above his own ones and serves his nation. Such kinds of ambitions make people purposeful, add value to their behaviors, protect their priorities, and destine and increase their power. Every human being expects people in front of him to be very insightful, strong in character, loyal, and fair. However, sometimes we see what we would like to see, and we want to hear what we would like to hear, but not the reality. Consequently, we often become a victim of betrayal. When we prefer sweet lie over bitter truth and make friends with double-dealers, we do remember quote of wise men: “If there were not selfish people in the world, possibly, hungry would be obsequious people! However, today I would like to tell my readers about completely different, but honorable and dignified life story of a man.

Rahim Sultanov is a real friend, as well as a very patriotic, brave and fearless person loving his nation. Friendship is the best meaning of life. It is such a pretty valuable relationship that is beyond words. There is a quote: “A good friend, a great treasure”. Speaking of friendship, I would like to mention that Mr. Rahim managed to find a way to the hearts of people thanks to his clear mind, wisdom, and knowledge. He has deep endearment to his family. He is very sensitive to children. Actually, Mr. Rahim is a very serious person, but this would be due to his work, as his work requires seriousness. But sometimes he becomes fragile and shares his memories of past days with his friends. He doesn’t like and wouldn’t forgive betrayal by any means. His political insight is also very strong. As others did, he emotionally reacted to injustice all over the world, groupings between the countries and didn’t refrain from commenting on. Hero of my article always highlights: “First Lady of Azerbaijan Mrs. Mehriban Aliyeva is a rescuer of the people of Azerbaijan. Each of her steps are to the benefit of the people of Azerbaijan. This smart lady, who deeply loves her nation and people, proved her love towards her country not only with words, but also with her actions. Today if there is peace and freedom in Azerbaijan, Mrs. Mehriban exclusively contributed to it. Mrs. Mehriban Aliyeva has already gained people’s sympathy. Today everybody loves her; the policy pursued by her is accepted by everyone as a nation. And we support her continuously!”

Generally speaking, Rahim Sultanov has openly stated his thoughts. It is not difficult to understand him, because the community is very valuable for him. As he is a principal man, lying, double-dealing, hypocrisy is strange to his character. He, as a citizen of Azerbaijan, behaves for the sake of his country and nation. And therefore, he always fought against injustice. In this regard, I would like to tell you a real story:

Rahim Sultanov graduated from the Faculty of Law, University of Ukraine. At that time, he was a prosecutor on important issues in Krasnodar District Prosecutors Office. One day a colleague of him says that a case of an Azerbaijani will be reviewed in coming days. Rahim Sultanov begins to directly get involved in that case in person. Then he gets to know that the witness and affected party are Armenians. They always managed to show their hostility not only towards us, but also whole Turkish nation. When he got aware of that affected party is Armenian, Mr. Rahim understood what actually happens. He considers that the fate of the Azerbaijani man, who was trapped and charged by Armenian double-dealer, who forged the investigation process, will not be easy in a foreign country. Thus, he starts to take well-judged and significant steps. First of all, he protests to 8 years’ imprisonment of his compatriot during the investigation procedure, turns to many friends – colleagues for help, “goes above and behind” to establish justice and save him from imprisonment, as well as complains to certain authorities demanding to review this case. Finally, the efforts of my interlocutor, as an honest and whole-hearted Azerbaijani citizen, for the sake of his nation have effect. Consequently, illegally accused person gets fully rid of his punishment. However, following this happening, he comes back to his motherland and continues his activity in different spheres. And today he is in love with beautiful houses. Rahim Sultanov has made his contribution to the field of construction. Houses built by him are in the style of our great philanthropist Haji Zeynalabdin with beautiful idea and design and delivered to customers. Moreover, our society values his works, and this makes him happy and encourages for new works. Rahim Sultanov is a friend of ours, who values humanity. He is a person, who makes good, and foremost, who doesn’t forget good deeds done for him. It is impossible to besmirch a good-hearted man. Today, we need people with such a personality and such a heart. We should value them so that our society recognizes and supports such valuable people.

Generally speaking, we sometimes think how to live this life bestowed by God to be a good person. As for living, everybody tries to live, but whom did we help to live and whom did we assist for God’s sake? We love money more, as sometimes our demands and wishes are more than our opportunities. If one helps people for God’s sake, this is a more appreciated conduct welcomed before the God. As in one saying: “Helping people is an old tradition since the times of Ali.” I wonder how many people exist on the Earth, who do their best under this slogan. As for Imam Ali, I remember such a legend. I’d like to tell it in brief: Imam Ali, who wanted to marry our Prophet’s daughter Fatimah, decides to sell his armour for getting money. In a bazaar, he outcries that he has an armour for sale. Abu Talib’s son Imam Osman was passing by. When he sees Imam Ali, standing shyly with armour in his hands, he understands the purpose of Ali and thinks that Ali is poor and earns money hard. He immediately approaches Ali and buys the armour at a good price. Ali becomes satisfied and leaves, when Imam Osman calls him. Imam Ali thinks that Imam Osman changed his mind and asks why he called him. Osman says: “Oh Ali! I want to present this armour to you.”

The reason I’m telling you this story is that good deeds done for the sake of God are gratuitous. And such deeds are unrequited. As God created us unrequitedly and had one wish: “Do good deeds and ask its requital from me. Help others and I will bestow you with Heaven”. The self-sacrifice of a believer is an exemplary indicator of the fact that he/she loves God more than his/her temptation, body, property, wealth, life and other material and moral things. Such a person mighty enough to sacrifice his/her all for acquiring God’s love. To my opinion, to feed some hungry person or family in our neighborhood is much more superior before God than to visit holy pilgrimage places, spending great amount of money. I don’t mean we should give up our belief, but it’s absurd to think of only ourselves when there are plenty of hungry and roofless children as a consequence of wars all over the world. We visit such places and pray God all day and night for being forgiven for our sins. God is merciful, He surely loves all his creatures, but how it is seen before God to ignore those tearful children and to visit such places spending great amount of money only for the sake of “keeping up with neighbors”. 

Let’s think about it!

 

 

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]