Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

VƏTƏNİ QORUYAN OĞULLARI TANIYAQ VƏ TANIDAQ

9378 Baxış sayı / 08-11-2021 11:10

Qarabağ müharibəsində əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza Qələbə sevincini yaşatdı. Güclü Lider, Güclü Ordu, Güclü Xalqımızın birliyi Yurd yerinin həsrətinə son verdi! Canlarından keçən şəhid oğullarımız, igid əsgər və zabitlərimiz, həkimlərimiz, mülki vətəndaşlarımızın  xatirəsi xalqımızın və əzizlərinin ürəyində yaşayacaqlar!

Sizlərə təqdim etdiyimiz  İkinci Vətən müharibəsinin iştirakçısı İsgəndərov Fail Rəfayıl oğlu 1994-cü ildə Hacıqabul şəhərində anadan olub. 2011-ci ildə Hacıqabul şəhər 2 saylı orta məktəbin bitirib. 2012-2016-cı illərdə Şirvan şəhər Humanitar kollecində təhsil alıb. 2016-2018-ci illərdə hərbi xidmətdə olub.Ailəlidir Zeynəb adında bir övladı var. Bir neçə dəfə Məşhəd, Kərbəla ziyarətində olub. “Kərbəlayi Fail” adı ilə tanınır...2020-ci il iyulun 14-də Tovuz rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı general-mayor Polad Həşimovun şəhid olmasından ciddi təsirlənən Fail Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinə müraciət edərək  könüllü cəbhəyə göndərilib. 

 İlk olaraq artilleriya bölməsində kəşfiyyatçı kimi təlimlərə qatılsa da, döyüşlərin başlandığı  günlərdən öz xahişi ilə  mina atan  batareyasından ayrılaraq piyada  bölüyünə qoşulub. Mina atan bölüyündə döyüşməklə piyada bölüyündə döyüşməyin nə demək olduğunu hərbçilər yaxşı bilir: “Bölüşdürüldüyüm bölükdən özüm aralandım. Soruşdular ki niyə belə edirsən, dedim, əsl döyüşün içində olmaq istəyirəm. Və daha bölüşdürüldüyüm bölüyə dönmədim”. Deyir Fail.“Bığlılar”! Hacıqabullular II Qarabağ Müharibəsi tarixinə bu adla düşüblər və bu adın şərəfini öz qəhrəmanlıqları ilə axıra qədər ləyaqətlə, qeyrətlə qoruyublar. 

F.İsgəndərovun döyüş yol:

-Sentyabrın 27-də müharibə başlayanda Füzuli şəhərindən hücum əmri alıb Alıxanlıya kimi; 

- Oktyabrın 10-da Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılmış minaatandan atılan  mərmidən Fail ağır yaralanır sol çiynindən və burnundan ciddi qəlpə yarası alır: Fail bunu belə xatırlayır :-“Düşmən minaatanlarından mərmini dolu kimi yağdırırdı. Pis vəziyyətə düşmüşdük. Ayağımızın altına, yan-yörəmizə minaatan mərmiləri düşür, snayperlə yağan güllə yağışı göz açmağa imkan vermirdi.  Kömək gələnə qədər o cür güclü hücuma necə tab gətirdiyimizi təsəvvür edirsinizmi?  Bu vaxta qədər belə şeyləri ancaq müharibədən bəhs edən filmlərdə görmüşdüm... Burunla gicgah arasında nə qədər məsafə var? Ölüm gözlə qaş arasında olub. “Allah qoruyub” bunun kimi hallar üçün deyilib. Bunabənzər hallarla isə hər gün-hər saat göz-gözə idik...

Əvvəl-əvvəl elə bildim qəlpə burnumu tamam aparıb, burnum daha yoxdur. Ancaq sən demə qəlpə bir tərəfdən girib o biri tərəfdən çıxıbmış. Burunda nə qədər qan olarmış! Hospitalda da qanı kəsməkdə çətinlik çəkirdilər”. Sutka yarım Füzulidə hospitalda, doqquz gün Zərdab rayon xəstəxanasında, qısa bir müddət də alayın tibb məntəqəsində müalicə alandan sonra yenidən döyüş əməliyyatlarına qoşulur.

“Çiyindəki yaramın vəziyyəti yaxşıdır. Burnumdakı yaranın fəsadları isə bu gün də qalıb. Qəlpənin yeri zaman-zaman şişməkdə davam edir. Bu fəsad səsimdə də dəyişiklik əmələ gətirib. Əvvəlki ilə müqayisədə səsim boğulmuş vəziyyətdə çıxır, elə bil yolunu nə isə tutub”. 

Atasının səhhətində narahatlıq olan Fail günaşırı, iki gündənbir ailə ilə telefon əlaqəsi saxlayırmış. Əlaqənin qəflətən 10 gündən artıq müddətə kəsilməsi valideynlərində narahatlıq yaratsa da, digər ailə üzvləri onları inandırmağa çalışıb ki, komandiri ilə maraqlanıblar, heç bir narahatlıq yoxdur, sadəcə telefon rabitəsi mümkün deyil. Müalicədən sonra da Füzulinin və kəndlərinin düşməndən azad olunmasında və müdafiəsində iştirak edib.Sonra üç gün Qubadlının müdafiəsində olub, Zərurət üzündən müəyyən taktiki əməliyyatların icrası məqsədilə bölük yenidən Hadruta üz tutub, bir gün şəhərin yaxınlığındakı yüksəkliyin müdafiəsində döyüşür, Briqada Tuğda cəmləşdiriləndən sonra tabor çətinliklə Topxana meşəsinə qədər hərbi yürüş edir, Daşaltı istiqamətində döyüşür. “Noyabrın ilk günləri idi. Minamyot atəşləri, iri çaplı silahlardan atılan güllə yağışı altında Topxana meşəsindən Daşaltı kəndinə irəlilədik. Burada çox ölüm oldu, çox yaralanan oldu” deyir Fail.

 Noyabrın 8-də Şuşa şəhərinə giriblər: “Noyabın 9-u da daxil olmaqla gecə saat 3-4-ə kimi ermənilər səhəri atəşə tuturdular. Atəş səslərindən qulaq tutulurdu. Noyabrın 10-na keçən gecə Atəşkəs imzalansa da, təqribən bir saat sonra və dəfələrlə atışma yenidən qızışdı. Şuşanın geri qaytarılması ermənilər  ilə heç cür barışa bilmirdilər”.

AZƏRBAYCAN BAYRAĞI ŞUSADA DALĞALANIR!   Eşit Dünya Qarabağ Azərbaycandır!   Bunu  Ali Baş Komandan deyir! Azərbaycan Xalqı, Qüdrətli Ordumuz deyir! Xoşbəxt Xalqıq, Birliyimiz Qələbəmiz! Güclü Liderimiz,Tarix yazan Sərkərdəmiz var! Torpağında Şəhid  yatan Qarabağımız var! Allahın Qüdrət yar oldu bizə! Gözlərimizdə sevinc yaşları! Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz!!! Gəncəmiz, Bərdəmiz,Tərtərimiz! Bütöv Azərbaycan gözlərin aydın Bayrağımız Şusada Dalğalanır! Şuşa Azərbaycanın ürəyidir. “Şuşa Qarabağın açarıdır.  Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan ola bilməz! Şuşa alınandan sonra Failgilin bölüyü Şuşa ətrafı kəndləri düşməndən təmizləyə-təmizləyə Xankəndiyə istiqamət götürüb. Son olaraq bölük musiqi məktəbinin binasında yerləşib. Həmin gündən ordudan tərxis olunana qədər - dekabrın 15-dək adı çəkilən ərazinin düşməndən qorunmasında fəallıq göstərib. Döyüşlərdə göstərdiyi şücaətə görə  ailəsinə, elinə-obasına baş uca-lığı gətirən Fail İsgəndərov üçün 44 günlük Zəfər döyüşü 86 günə tamamlanıb. Müharibədə göstərdiyi qəhrəmanlıq nümunəsi döyüşçünün hərbi biletində də əksini tapır. Belə ki, F.İsgəndərovun hərbi biletində yazılıb ki, Füzuli və Şuşa istiqamətində gedən döyüş əməliy-yatlarında iştirak etmişdir. “Müdafiəsində” yox, “döyüş əməliyyatlarında”.   Döyüş qabiliyyəti Füzulinin, Qubadlının və Şuşanın alınmasına görə medalları ilə dəyərləndirilib.    

“Döyüşçü yoldaşlarına daim yüksək əhval-ruhiyyə bəxş edən bu qəhrəman bu gün olduqca məmnundur. Aldıqları yaralar, bədənindəki qəlpələrə baxmayaraq başına   gələnlərdən bir şey olmamış kimi söhbət açır, erməniyə acıq verirmiş kimi təbəssümlə, məmnunluqla bəhs edir”. Elə bil ki, mina atan mərmilərinə  qucaq açırdıq. Güllələr yan-yörəmzə, ayağımızın altına tökülür, biz isə olanlara məhəl qoymadan, zərrə qədər də qorxu hiss etmədən verilən əmrin yerinə yetirilməsi üçün irəli şığıyırdıq. Hamıda ifadəsi mümkün olmayan İlahi bir qüvvət var idi. Elə bir ruh yüksəkliyi ki... Bu hisslərin sözlə ifadəsi mümkün deyil. 

Düşməndən intiqam almaq hissi ruhumuzu oda-alova döndərmişdi. Düşüncəmizə bir duyğu hakim kəsilmişdi: torpaqlarımızı düşməndən xilas etmək! Vətən müharibəsində şəhid olanların qisasını almaq! Öhdəmizə düşən işi ləyaqətlə yerinə yetirmək! Qürur duyuram ki, borcumuz olanı, öhdəmizə düşəni layiqincə, şərəf və ləyaqətlə yerinə yetirə bilmişik bu döyüşçü üçün ən yüksək zirvədir. 

Gözün aydın Azərbaycan  Dünyası!!!

Qürur duyuruq,  Azərbaycanlıyiq!!!

Qarabağ Azərbaycandır!!!

Şuşamıza qayıtdıq!!!

 Qarabağa qayıtdıq!!!

Dünyaya sübut etdik:-

Biz haqlıyıq, Qürurlu!!!

Ədalətli ,Qüdrətliyik!!!

Vətəni canımızla Qoruyuruq!!!

Bir birinə arxa dayaq!!!

Birliyimiz, oldu dayaq!!!

ŞƏHİDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ!!!

QARABAĞDA DALĞALANNAN   BAYRAQ!!!

HEÇ ZAMAN ENMƏZ!!!

 

 

Zülfiyyə Vəliyeva



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]