Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

VƏTƏNİN XİDMƏTİNDƏ

16921 Baxış sayı / 22-02-2021 13:00

Eldar İsmayılov/ Baş redaktordan

 

“Mənim xalqım çoxəsrlik zəngin tarixə malikdir" söyləyən Hacı Zeynalabdin Tağıyev, xalqına layiqincə xidmət etmiş Əziz Əliyev, Nəriman Nərmaov kimi hörmətlə, ehtiramla anılan Azərbaycan övladları var. 

Əgər hər hansi ölkənin xalqlari öz hüquqlarini anlayir və onlari qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar! 

Dədə Qorqud" Milli Fondunun, “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası xeyriyyəçilik missiyasını üzərinə götürmüş, xidmətləri ilə Vətəninə baş ucalığı gətirən insanlara diqqət ayırağı məqsədə uyğun hesab edir. Xeyirhaqq əməlləri ilə tanınan, insanlıq və millət sevgisinin daşıyıcısı sözü, əməli və xidməti ilə nümunə olan, millət atası Hacı Zeynalabdin Tağıyev və görkəmli dövlət xadımi Əziz Əliyevin adına mükafat tətsis edilməsi mühüm hadisədir. Xeyirhaqq niyyətlə görülən işlər mütləq rəğbətlə qarşılaşır . Hər bir Vətəndaşın mill və bəşəri dəyərlərə sahib olması, İnsanlığın qorunmasına verdiyi töhfələr qürurvericidir. Azərbaycan xalqının xeyirhaqq əməlləri ilə tanınan, insanlıq, millət sevgisinin daşıyıcısı, sözü əməli və xidməti ilə nümunə olan Azərbaycanlı milyonçu, mesenat, maarifpərvər , müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı. Azərbaycanın nüfuzunun yüksəldilməsi və dünya miqyasından tanıdılmasında millətinin fəxr edilən oğlu, dünənimizin əfsanəsi və tariximizin bir parçası olan Hacı Zeynalbdin Tağıyevin Azərbaycan xalqı qarşısında müstəsna tarixi xidmətləri vardır. O özündən sonra zəngin irs qoyub getmişdir. Hacını bu xeyirxah işlərə sövq edən isə xalqına olan böyük məhəbbəti idi. O, millətinin imzasını imzalar içində görmək istəyirdi. Yaxşılıq itmir, indi böyük xeyriyyəçinin adı qəlblərdə yaşayır, xalqımız onun xatirəsini uca tutur, insanlar onu həmişə minnətdarlıq hissi ilə yada salırlar. Hacı ZeynalbdinTağıyev bütünTürk dünyasının fəxridir. Onun adı həmişə ehtiram və məhəbbətlə çəkilir. Mən öz vətənimi sevirəm. Gələcəkdə keçirəcəyim imtahanlar nə qədər ağır olsa da, mən vətənimdən əl çəkmərəm deyən xeyirxhaqq ürəyinə və nəcib işlərinə görə H. Z. Tağıyevi xalq arasında “El atası” adlandırırdılar. H. Z. Tağıyev haqqında müasirlərimiz, xüsusilə gənc nəsil az bilgiyə malikdir. O, Azərbaycan xalqının tarixinə millətin təhsil almasına, məktəblər açılmasına, milli kadrların hazırlanmasına ürəkdən çalışmış, bu sahəyə böyük məqləğdə pul ayırmaqdan çəkinməmişdir. Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. Pakistanda əhali arasında kütləvi pandemiya yayılan zaman azərbaycanlı milyonçu şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı bu faktı tarix dərsliyinə daxil ediblər. Azırbaycanda qızlar üçün məktəb açan H. Z. Tağıyev həmçinin azərbaycanlıların xaricdə təhsil almasına kömək etmişdir, onun sayəsində yüzlərlə gənc İngiltərə, Almaniya, Rusiya və Fransada təhsil almışdır. Onun himayə etdiyi, təqaüd verdiyi məşhur dövlət xadimləri Nəriman Nərmanov və Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin babası xalqına, dövlətinə sədaqətlə xidmət edən ziyalı Əziz Əliyevdə vardır. 

Həyatda ən böyük mükafat – böyük məhəbbətlə xatırlanmaqdır. Bu mükafata yol yaxşılıqlar silsiləsindən keçir. Həmin əməl dəftərinin hər bir qeydi isə istedad, zəhmətsevərlik sayəsində yüksəldiyin uca zirvədən Vətənə və xalqa təmənnasız xidmətlərlə yazılır. Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyev hələ sağlığında belə böyük məhəbbəti qazanmış şəxsiyyətlərdən biri olub. O, valideynlərinin qoyduğu adı bütün həyatı boyu doğruldub, istər Azərbaycanda, istər İranda, istərsə də Dağıstanda çalışmasından asılı olmayaraq Vətəninə və xalqına əsl əziz övlad olub. . . Əziz Məhəmmədkərim oğlu Əliyev müdrik dövlət xadimi kimi Azərbaycan tarixinin yüksək zirvəsində yer alır. Əsl Vətən övladı olan Əziz Əliyevin xatirəsi xalqımızın yaddaşına əbədi həkk olunub. 

 Dövlətin idarə edilməsində yüksək peşəkralığı ilə fərqlənən insanlara diqqət ayırırıq. Dövlətçilik ənənələri davam etdirilməlidir. Azərbaycanın müsəlman şərqində nail olduğu bir çox ilklər, o cümlədən ilk konstitusiya Nəriman Nərmanovun adıyla bağlıdır. Hakimiyyəti dövründə Azərbaycan xalqının adət və ənənələrinə hörmətlə yanaşılmışdır. O, siyasətçidən əlavə bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində mühüm rol oynamış, 1894-cü ildə Bakıda ilk qiraətxananı açmışdır. N. Nərimanov xalqımızın milli dirçəlişi naminə gördüyü işlərin sayı olduqca çoxdur. N. Nərimanov Azərbaycan Dövlətinin başında qaldığı iki il boyunca Moskvaya bağlı olmasına baxmayaraq, müstəqil dövlət başçısı kimi hərəkət edərək, Türkiyə hökuməti ilə olan əlaqələri daha yüksək ölçü və miqyaslara daşımış və hər şeydən önəmlisi, çox çətin durumda olan Anadoludakı qardaşlarına dövlətinin bütün imkanlarını səfərbər edərək, heç kimsədən çəkinmədən əlindən gələn hər cür yardım etmişdir. Bütün bunlar sənəd və mənbələrdə öz əksini tapsa da, tarixi dəyərini almamışdır. 

Xoşbəxt o insandır ki, yollara izi düşür. Vətəninə, dövlətinə sədaqətlə xidmət edərək, İnsanlar arasında barış, birlik, əməkdaşlıq, dünyada sülhün, əmin amanlığın bərqarar olmasına töhfələr verən, Azərbaycanınn inkişafına xidmət edən Vətən öğulları! İnsanın vətənpərvərliyi, onun tamlığının, bütövlüyünün təməli desəm yanılmaram. İnsan öz vətənini sevməyi bacarmalıdır, vətəni müdafiə etmək, hər birimizin mübarizə, qələbə devizimiz həyat bayrağımızdır. İnsanlığı zirvələrə ucaldan belə qəhrəmanları biz hələ keçmişdən tanıyırıq. Bu gün də öz mübarizlıyi ilə, vətənpərvərliyi ilə əsl qəhrəmanlıq nümayiş etdirən mərd oğullarımız var. Gənc milli qəhrəmanlarımızdan Çingiz Mustafayev, Mübariz İbrahimov, İbrahim Məlikov, Mehdi Abbasov, Polad Haşımov, İlqar Mirzəyev, Sükür Həmidov, Əlyar Əliyev, Albert Aqaronov və bir çoxlarının adını çəkmək olar ki, onlar müqəddəs torpaq uğrunda canlarını qurban verdilər, şəhidlik zirvəsinə ucalaraq ölümsüzlüyə qovuşdular və insanlığın təməlini qəlbimizdə qurdular. Müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! Allahın qüdrəti , Zamanın diqtəsi:-Azərbaycan dövlətinin Zəfər yürüşü, Qayıdışın başlanmasının nəticəsidir Qələbə! Azərbaycannın öz torpaqlarının işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Xalqın, Dövlətin, Silahlı Qüvvələrin birliyi! Vətən sevgisi! ! ! Ali Baş Komandan İlham Əliyevin Siyasi iradəsi, diplomatik məharəti və Qətiyyətı! Dünya buna şahid olsun:-Tarix yazır Azərbaycan! Dostlar bizə dəstəkdir! Dünya nizamına imza atır Azərbaycan-Türkiyə! Qarabağ Azərbaycandır! Ad günləri Xocalıda, Toy düyünlər Xan kəndində, Şuşada keçiriləcək! Birliyimiz Ən Parlaq Qələbəmiz! Azərbaycan-Türkiyə Dünya üçün Nümunə! Yeni Dünya nizamına imza atır Azərbaycan-Türkiyə! Qətiyyət və Şücaət Qələbəyə aparan yoldur! 

Vətənimizin qüdrətini artmasına öz töhfəmizi verən Əziz Vətən Övladları:-Bir olaq, Güclü olaq! Vətənimizin qüdrətinin artmasına öz töhfəmizi verək! 

Vətənin uğuru üçün döyüşlərdə hər birimiz əsgər olaq! Vətənimizin qüdrətinin artmasına öz töhfəmizi verək! Vətənimizə Dəstək Olaq! 

Dünya Azərbaycanlıları Birləşin! 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]