Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Xalq rəssamı Arif Əzizə Dədə Qorqud Milli Fondunun prezidenti, “Azərbaycan dünyası” jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayıl tərəfindən “Dədə Qorqud” mükafatı təqdim olundu.

1569 Baxış sayı / 09-02-2023 23:46

Muasir İncəsənət Muzeyində Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının akademiki, Şöhrət ordenli, professor Arif Əzizizn 80-illik yubileyinə həsr olunmuş fərdi sərgisi açılıb. Müasir İncəsənət Muzeyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Media FM və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatı ilə keçirilən sərgidə rəssamın yarıməsirlik zaman kəsimini əhatə edən yaradıcılıq fəaliyyəti əks olunub.

1970-ci illərindən başlayaraq, dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışan Arif Aziz, ciddi tərzdə milli incəsənətimizin müasir mənzərəsinin formalaşmasına təsir göstərmişdir. Rəssamın bədii üslubunun  erkən dövrəri 1960-cı illərə təsadüf edir. Təhsilini Bakıda, Əzim Əzimzadə adına Rəssamlıq məktəbində başlayan, daha sonralar Moskvada, demokratik prinsipləri ilə seçilən Ali Bədii-Sənaye Məktəbində, “Stroqanovka”da  davam edir. Bakıya qayıtdığı məqamdan, 1971-ci ildən etibarən bu günədək  Arif Azizin yaradıcılıq təcrübəsi pedaqoji fəaliyyət yanaşı davam edir.  Məhz Azizin təşəbbüsləri ilə Azərbaycan Dövlət və Mədəniyyət Universitetində, Rəssamlıq fakültəsinin tərkibində “Dizayn və Dekortaiv-tətbiqi sənət” kafedrası təsis edilmişdir və hazırda onun rəhbərliyi ilə fəaliyyət göstərir. 2004-2008-ci illərdə prof.Arif Əziz Türkiyədə - İstanbul Beykent Universitetində pedaqoji fəaliyyət göstərmişdir. Bu gün dünyanın fərgli məkamlarında Arif Əzizin tələbələri fərdi yaradıcılıqlarını inkişaf etdirir.