Xalqımızın dəyərli şairi, dövlət xadimi Sabir Rüstəmxanlı “Vətən Övladı” ordeni ilə təltif olundu

15 avqust 2022-ci il tarixdə Lökbatan qəsəbəsində Ə.Əmirov adına Mədəniyyət evində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, xalq şairi Sabir Rüstəmxanlının oxucularla görüşü keçirilib.Görüşdə şairin yaradıcılığından geniş söhbət açılıb, şairin şerləri səsləndirilib.
“Dədə Qorqud” Milli Fondunun rəhbəri, “Azərbaycan Dünyası” Beynəlxalq jurnalının baş redaktoru və təsisçisi Eldar İsmayıl idarə heyətinin qərarı və coxsaylı oxucuların istəyi ilə Xalq şairi, mədəniyyət xadimi, yaradıcılığında vətənpərvərlik duyğularını qabarıq şəkildə əks etdirərək dövlətçilik, milli adət-ənənlərin elm və mədəniyyətin təbliğində böyük rolu olan Sabir Xudu oğlu Rüstəmxanlını “ Vətən Övladı” ordeni ilə təltif etmişdir. Eldar bəy qeyd etmişdir ki, Sabir Rüstəmxanlı poeziyası ilə insanların qəlbinə yol tapmağı bacaran mədəniyyət xadimlərindəndir. Onun yaradıcılığında Vətəninə olan sevgisi aydın və qabarıq şəkildə əks olunur.
“Azərbaycan Dünyası” Beynəlxalq jurnalının məsul katibi, Azərbaycan Jurnalistlər Birliyini üzvü Nərgiz Namiq qızı
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]