Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

XEYRİYYƏÇİ QADINLARIMIZ

9150 Baxış sayı / 08-11-2021 11:05

Xeyriyyəçilik ənənələrinin əsası Azərbaycanda XIX əsrin sonu, XX əsrin əvvəllərində qoyulmuşdur. Vaxtı ilə Azərbaycanın kübar qadınları xalq üçün həyata keçirdikləri işlərdə heç də öz həyat yoldaşlarından geri qalmayıblar.  Xeyriyyə cəmiyyətləri xalqımızın maariflənməsində, yoxsul uşaqların təhsil almasında çox böyük rol oynayıb, xalqımızın dünya mədəniyyətinə yaxınlaşmasında və ona qovuşmasında əvəzsiz xidmətlər göstərib, bir növ mədəni inkişafımızı şərtləndiriblər. Qısa bir dönəmdə, məhdud zaman çərçivəsində kübar xanımlarımız elə böyük işlər görüblər ki, onlar böyük minnətdarlıqla xatırlanır.Qadınlarımız qəhrəman ərlərindən, qardaşlarından, atalarından, oğullarından heç də geri qalmayıblar. Bu insanda qürur hissi yaradır, millətin basılmaz olduğuna inamı birə beş  artırır. Hənifə xanım Məlikova , Liza xanım  Muxtarova, Rəhilə xanım Qazıyeva, Sara xanım Vəzirova, Pəri  xanım Topçubaşova və başqa mesenat xanımlar tarixdə ilk xeyriyyəçi xanımlar kimi tanınır. Bu gözəl ənənə zaman zaman davaa m etdirilir.  

Hər bir insanın həyatında çətin anı olur. Belə vaxtlarda insanların bir-birinin yanında  olması, ona ehtiyac duyduqda bacaracağı hər bir vasitə ilə dəstək olması azərbaycanlıların ən gözəl xüsusiyyətlərindəndir. Azərbaycanda xeyriyyəçiliklə məşğul olan xanımların  sırasında  Gülnarə xanım Əhmədova da var. Qəlbi Allah sevgisi ilə dolu , ürəyi hədsiz qayğı və sevgi ilə döyünür Gülarə xanımın. Məşəd, Kərbəla və Məkkəni ziyarət etmiş Gülnarə xanım insanların dərdinə şərik olan, onlara əlindən gələcək yardımı əsirgəməyən gözəl qəlbli, xeyriyyəçi xanımlarındandır. Gülarə xanım İmişli rayonunun Telişli kəndində məsçidin tikilməsinə maddi dəstək  göstərmiş, insanları mənəvi hüzura qovusmasına dəstək olmuşdur. Gülarə xanım  vaxtaşırı kimsəsiz uşaqlar və qocalar evlərini ziyarət etməyi özünün mənəvi borcu  hesab edir. Ehtiyac sahiblərinə bacaracağı qədər maddi və mənəvi yardım göstərməyə çalışır. 

İkinci Qarabağ müharibəsi sevinci acısı, kədəri ilə hər birimizin qəlbinə həkk olunub.  Uzun illər ərzində Qarabağımıza duyduğumuz həsrətə Ali Baş Komandan başda olmaqla onun yürütdüyü siyasət və Azərbaycanımızın cəsarətli, fədakar əsgərləri son qoyub bizlərə Qələbə sevincini yaşatdılar. Çox kədərli olsa bu müharibə bizə şəhid və qazilərimiz, atasız balalar, balasız analar və sağlamlıq məhdudiyyətli igid oğullar qoydu. Gülnarə xanım tez-tez şəhid valideynlərinin ziyarətinə gedir. Deyir ki, onlar bizim xalqın çox dəyərli nümayəndələrindəndir. Çünki bu insanlar özlərinin sahib olduqları ən dəyərli, ən qiymətlilərini ölkəmiz, xalqımız üçün qurban vermiş insanlardır. Bu insanlara sadəcə qayğı və dəstək lazımdır. Lazımdır ki, onların övladları hər zaman xatırlansın və ölkəmizin bu günündə daim qürur mənbəyi olsunlar. Gülnarə xanım  şəhidlərimizin valideynlərinə və övladlarına bacardığı qədər dəstək olmağa çalışır və bununla özündə rahatlıq tapır.

Həyatda hər şeyi pulda, maddiyatda görmək düzgün deyil. Gülnarə xanım ehtiyac içərisində yaşayanlarla bir yerdə olanda daha rahat olur. Belələrinin səsi ona tez çatir, çünki Gülnarə xanım qəlbən onlarladır, həmişə onların yanındadır. Sanki bu iş üçün dünyaya gəlib.

Gördüyü xeyirxah əməlləri sayəsində Gülnarə xanım Fatimeyi Zəhra Məsçidinin sədri təyin olunmuşdur.

 

Zarema Dadaşova



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]