Özbəkistan 17 illik fasilədən sonra Türk Şurasının Sammitində iştirak edəcək

Özbəkistan 17 illik fasilədən sonra sabah keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası toplantısına qatılacaq.
Özbəkistan Prezidenti Şövkət Mirziyovev sabah Qırğızıstanda keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Dövlət Başçıları Sammitində iştirak edəcək.
Azərbaycanda 2000-ci ildə keçirilən Türkdilli Dövlətlərin Dövlət Başçılarının Sammitində prezident səviyyəsində iştirak edən Özbəkistan 2001-ci ildə keçirilən sammitdə isə məclis sədri səviyyəsində iştirak edib.
Özbəkistan 5 il fasilədən sonra 2006-cı ildə Antalyada keçirilən sammitdə iştirak etməməyi üstün tutub. Bundan sonrakı dövrlərdə keçirilən iclaslara qatılmayan Özbəkistan, 2009-cu ildə yaradılan və 3 oktyabr 2009-cu il tarixli Naxçıvan Sazişi ilə 16 sentyabr 2010-cu ildə imzalanmış İstanbul Bəyannaməsini əsas götürən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası təşkilatında və fəaliyyətlərində yer almadı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2016 və bu ilin aprel ayında özbəkistana, Mirziyovevin də keçən ilin oktyabr ayında Türkiyəyə etdiyi səfərlər Özbəkistanın Şuraya yenidən qoşulması istiqamətində əhəmiyyətli olub. Özbəkistanın 17 il fasilədən sonra təkrar Şuraya qatılması qərarı Ərdoğanın təşəbbüsü ilə gündəmə gəlib. Ərdoğanın bu prosesdəki cəhdləri Özbəkistanın Şuraya yenidən qoşulmasında mühüm rol oynayıb.
Mirziyoyev, "Ankaradakı görüşdə cənab Ərdoğan Türk Şurasının ofisində Özbəkistanın bayrağının əskik olduğunu söyləmişdi. Biz artıq bu məsələdə razılaşdıq. Artıq Türk Şurasının ofisində Özbəkistanın bayrağı dalğalanacaqdır. Bu, kiçik məsələ deyil. Uzun illərdən sonra Özbəkistan Bişkekdə keçiriləcək sammitdə yenidən yer alacaq", - deyə bildirib.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]